Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun Yunanıstanın paytaxtı Afinada 1 milyon avroya villa aldığı iddia edilib.
Hafta.az-ın yazdığına görə, Serenay Sarıkaya ilə "Aile" serialında rol alan aktyor bununla da Yunanıstandan ev alan məşhurlar karvanına qatılıb.
"Patronlar Dünyası"nda yer alan xəbərə görə, oynadığı son iki reklamdan 60 milyon lirə qazandığı iddia edilən Tatlıtuğ sərmayələrinə yenisini əlavə edib. Bodrum və Marmarisdə bağ evi olan Kıvanç Tatlıtuğ və Başak Dizər cütlüyünün Afinada aldıqları villaya 1 milyon avro (29 milyon lirə) ödəyiblər.
Yay aylarının çoxunu şəxsi yaxtaları ilə Egey adaalrını gəzərək keçirən Tatlıtuğ cütlüyü yeni 4 otaqlı evinin həm də iri hovuzu var, Ozan Güvən, Gülsə Birsel, Cengiz Abazoğlu, Demet Özdəmir, Halit Ergənç və Bərgüzal Korel kimi adların da Afinadakı məşhur istirahət mərkəzində evləri var.