Kiyev Almaniyadan zirehli maşın almaq istəyir

20:27 10.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Almaniyadan zirehli maşınlar almaq istəyir.

Hafta.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Kiyev Almaniyanın "Rheinmetall" müdafiə şirkətindən 35 ədəd "Marder" piyadaların döyüş maşını almaq niyyətindədir.

Məlumata görə, müqavilə bağlanarsa, maşınlar ilin sonuna qədər Ukraynaya göndəriləcək.