Yazını böyüt
Yazını kiçilt
Kubanın ölkəmizdəki səfiri Karlos Valdes de la Konsepsion Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin direktoru Yalçın Rəfiyevlə görüşüb.
Hafta.az-ın yazdığına görə, görüşdə ikitərəfli münasibətlərin müsbət irəliləyişi nəzərdən keçirilib və iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq olduğu bir daha vurğulanıb. Tərəflər Kubada, Latın Amerikası və Karib hövzəsi regionunda baş verən hadisələr, eləcə də çoxtərəfli sferada qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bağlı xüsusi formada fikir mübadiləsi aparıblar.
Səfir Karlos Valdes de la Konsepsion Kubanın hər il təqdim etdiyi ABŞ blokadasını pisləyən Qətnamənin lehinə Azərbaycanın verdiyi dəstəyə görə Kuba hökuməti və xalqı adından minnətdarlığını bildirib.