Küveytdə ifrat istilər səbəbindən meyitlər gecə basdırılacaq

10:20 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveytdə yayda həddindən artıq istilər səbəbindən cəsədlərin gecə basdırılmasına qərar verilib.

Hafta.az-ın “Ər-Ray” qəzetinə istinadən yazdığına görə, dəfn mərasimləri iyul və avqust aylarında gecə saatlarında keçirilə bilər və artıq bu barədə Vəqflər Nazirliyindən fətva verildiyi bildirilib.

Dəfn işlərinin asanlaşdırılması üçün məzarların axşam və xütbə namazları arası vaxtlarda aparılacağı bildirilərkən, bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər göstəriləcəyi də qeyd olunub.