Azərbaycan ordusunun avqustun 3-dəki uğurlu antiterror əməliyyatından sonra revanşist və işğalçı xislətli hayları Laçın şəhəri ilə yanaşı, Zabux kəndində də qanunsuz məskunlaşmış soydaşlarının taleyi narahat edir.
Hafta.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Zabux kəndində vəziyyətin necə olduğunu öyrənmək üçün kəndin qanunsuz “başçısı” Andranik Çavuşyanla əlaqə saxlayıb.
Qondarma "başçı"nın sözlərinə görə, Ermənistanda və Qarabağda vəziyyət çox həyəcanlı olsa da, Zabux kəndindəki haylar qərarlıdırlar.
Kənddə 200-dən çox hay yaşayır, onların heç biri “öz doğma yurdunu” tərk etmək fikrində deyil.
A.Çavuşyanın sözlərinə görə, sakinlər arasında hər zaman narahatlıq var, lakin hazırda təxliyə, köçürülmə məsələsi qaldırılmayıb.
"Avqustun 5-ə kimi kəndin boşaldıması ilə bağlı söhbət gedirmi?" sualına isə o, “Biz ayın nəinki 5-ə, heç 15-ə kimi də kəndi tərk etməyəcəyik” -deyə cavab verib.