Latviya Dövlət Təhlükəsizlik Xidməti iki türk şirkətinin “Rail Baltica” dəmir yolu layihəsinin tenderində iştirakına icazə verməyib.
Hafta.az-ın “TASS”a istinadən yazdığına görə, Latviyanın Dövlət Təhlükəsizlik Xidməti Fransa, İtaliya və Polşa podratçılarından ibarət konsorsiumun “Rail Baltica” dəmir yolu layihəsi üzrə tenderin türk şirkətləri əvəzinə, yarım milyard avro baha olmasına baxmayaraq, qalib gəlməsinə icazə verib.
Türkiyənin tikinti şirkətləri IC İçtaş və Doğuş İnşaat, eləcə də ticaret şirkətləri daha əvvəl Rosatom və digər Rusiya şirkətləri ilə əməkdaşlıq ediblər. IC İçtaş əvvəllər Sankt-Peterburqdakı körpülər, Pulkovo hava limanı terminalının və sair tikintisində iştirak edib.
“Rail Baltica” layihəsi Tallin, Riqa, Kaunas (Vilnüs xətt ilə), Varşava ilə Berlin arasında Avropa standartlarına uyğun dəmir yolunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 7 milyard avro olaraq qiymətləndirilir və 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Avropa Komissiyası layihənin dəyərinin 85 faizinə qədərini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.