Londonda səfirliyimizə hücumun təkrarlanmaması üçün ciddi addımlar atılmalıdır - Politoloq

17:17 09.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün bir çox ekspertlər Londonda Azərbaycan səfirliyinə dini radikallar tərəfindən edilən hücum zamanı orada asılan bayraq, həmin bayrağın şəklinin Bakı kəndlərində divarlara çəkilməsi və son vaxtlar sərhəddə və daxildə erməni terrorçularının hərbi aktivliyini hansısa güclərin daha çox din pərdəsi altında çaxnaşmaq yaratmaq cəhdlərini inkar etmir. Londandan Azərbaycana qarşı edilən təsirlərin ölkə daxilində dini sabitliyə təsirlərini araşdırarkən məsələyə müxtəlif aspektlərdə yanaşmalar üzə çıxır. Belə bir sual ortaya çıxır: hansısa radikal qruplar və onların sızantıları ölkədə dini qarşıdurma yaradıb mövcud sabitliyi poza bilərmi?

Siyasi şərhçi Samir Hümbətov hafta.az-a bildirib ki, Londonda baş verən hadisələr və o cümlədən son vaxtlar Bakının bəzi kəndlərində həmin bayraqların nümayiş edilməsi, eyni zamanda erməni terrorçularının son vaxtlar sərhəddə və daxildə aktivləşməsi Azərbaycana qarşı təxribat, düşmənçilik hallarının çoxalmasından xəbər verir.  Onun sözlərinə görə, regionda, ümumiyyətlə Azərbaycanda maraqlı olan güclər bu təxribatları artırmaqla həm Azərbaycanın  daxilində cəmiyyətin fikirlərini digər tərəfə yönəltməyə çalışır, digər tərəfdən də bəzi dövlətlərin məkirli planlarının olması müşahidə edilir. Hansısa xarici siyasi güclər məhz din pərdəsi altında regionda baş  verən dəyişimlərin qarşısını almağa çalışırlar.  Onun fikrincə, əslində Tehran görüşü və ondan sonra İran dini liderinin verdiyi açıqlamalar, eyni zamanda İrandakı bəzi dairələrin Antiazərbaycan və Ermənistanla yaxınlaşma siyasəti hər biri planlı şəkildə həyata keçirib.

“Hesab edirik ki, burda məqsəd bir formada Azərbaycanın daxilindəki sabitliyi pozmaq və onun fikrini regionda yaratdığı yeni reallıqlardan uzaqlaşdırmaqdır. Bununla da həm də Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə çalışırlar.  Düşünürəm ki, Londonda baş verən məlum hadisə də məhz buna hesablanmış hadisə idi. Şübhəsiz ki, burda xarici xidmət orqanlarının bu və ya digər şəkildə əli var”.

Politoloq hesab edir ki, belə bir halın gələcəkdə təkrar olunmaması üçün Azərbaycan tərəfi  ciddi addımlar atmalıdır. Biz Londonda baş verən hadisələrin iştirakçılarını araşdıranda belə qənaətə gəlirik ki, təxribatda əli olan insanların daha əvvəldən Azərbaycana qarşı çirkin niyyətləri olub”.

Oxunma sayı 112