MİQ-in test imtahanları davam edir

10:51 12.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bu gün keçiriləcək test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır.