Macarıstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

18:24 10.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Macarıstan Milli Seçki Bürosu (NVI) aprelin 3-də keçirilən referendum və parlament seçkilərində səslərin 100 faizini hesabladıqdan sonra yekun nəticələri açıqlayıb.

Hafta.az RİA Novosti-yə istinadla bildirir ki, Baş nazir Viktor Orbanın Fides-Xristian Demokratik Xalq Partiyası (Fides-CDPP) qalib gələrək parlamentdə 199 yerdən 135-ni qazanıb. Piter Marki-Zayeminin rəhbərlik etdiyi müxalifət partiyalarının koalisiyası 57 yerə sahib olub.