“Heç kimə sir deyil ki, məşhur pop kraliçası Madonna əqrəb bürcündən olanlara qarşı kin bəsləyir”.
Hafta.az-ın yazdığına görə, “Glee”nin yaradıcısı Ryan Murfi illər əvvəl demişdi ki, Lakeshore Entertainment-in qurucusu Tom Rosenberg onunla əlaqə saxlayıb və ondan 2000-ci ildəki “Sweet Surprise” (The Next Best Thing) üçün pop kraliçasından həyatı ilə bağlı müsahibə verməsini istəyib.
Qeyd edək ki, Madonna bu romantic dram filmində Rupert Everettlə birlikdə rol almışdı.
“Glee”nin həmsöhbətləri Jenna Ushkovitz və Kevin McHalenin podkastının yeni bölümündə Mörfi deyib: “Mən Nyu Yorka uçdum və ilk dəfə Madonna ilə görüşmək üçün Tomla liftə girərək yuxarı qalxarkən, Tom mənə dönüb dedi: “Səndən soruşmağı unutmuşam, ad günün nə vaxtdır?” soruşdu. Mən çaşqın vəziyyətdə 9 noyabr, dedim. "Sən Əqrəbsən?" soruşdu. Təsdiqlədim. Dedi ki, ona bunu deyə bilməzsən, çünki səni işə götürməyəcək. O, məni başa saldı ki, “Əqrəb” yox, başqa bir bir bürc uydurmalıyam".
"Sevincli" görüş bitməmiş, nəhayət, Madonna “Emmi” mükafatına layiq görülmüş rejissordan "Sən nə vaxt doğulmusan?" soruşub. O da ona sentyabrın 3-ü - anasının ad gününü deyib. Madonna da ona “ay, sən Qız bürcüsən, əla” cavabı verib və rejissor foyeyə düşəndə xəbər gəlib ki, işə götürülüb…
"Madonna ilə təcrübəm əla idi. Madonna haqqında nə qədər tərif desəm azdır. O, mənə qarşı olduqca nəzakətli idi", - Mörfi deyib.
Avqustun 16-da doğum günü olan “Şir” bürclü müğənninin başqa iş ortaqlarından da məhz bürcünə görə imtina etdiyi bildirilir.
Fransız DJ David Guetta 2020-ci ildə Madonnanın “Əqrəb” olduğunu öyrəndikdə onunla işləməkdən imtina etdiyini deyib.