Yazını böyüt
Yazını kiçilt
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən və uzun müddətdir zədəli olan Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün yaşıl meydanalara qayıdıb.
Hafta.az xəbər verir ki, Mahir 2-ci bundesliqanın 23-cü turu çərçivəsində "Proyssen Munster"lə baş tutan səfər matçında oynamaq imkanı qazanıb.
O, 88-ci dəqiqədə komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Oyun Mahirin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.