Maksim Qorkinin aktrisa nəvəsi vəfat edib

15:22 29.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərhum rusiyalı yazar Maksim Qorkinin nəvəsi, aktrisa Darya Peşkova vəfat edib.

Hafta.az xəbər verir ki, aktrisa 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 75 il teatrda çalışan Darya "İdiot", "Anna Karenina", "Canlı cəsəd", "Romeo və Cülyetta" tamaşalarındakı rolları sayəsində şöhrət qazanıb.