MAQATE Fələstini müstəqil dövlət kimi tanıdı

09:10 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fələstin Milli Şurası və Ramallahdakı digər rəsmi qurumlar tarixi qərar kimi qiymətləndirilən iki qərarı alqışlayıblar. Birincidə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransı böyük səs çoxluğu ilə MAQATE-də “Fələstin Dövləti” adının rəsmi qəbul edilməsinə dair qətnamə layihəsini qəbul edib. İkincidə, Cənubi Afrikada Respublikasındakı Anqlikan Kilsəsi İsraili “Aparteid dövləti” elan edib.

Hafta.az-ın yazdığına görə, Fələstin Milli Şurasının dünən verdiyi bəyanatda bu ifadələr səsləndirilib: “Beynəlxalq Atom Enerjisi Agentliyində səs çoxluğu İsrailin qeyri-qanuni genişlənmə və ilhaq siyasətinin açıq şəkildə pislənməsi deməkdir. Bu, onun hekayətinin həqiqəti və iddiasının ədaləti ilə bağlı mühüm bəyanatdır”.

Fələstin Milli Şurası bu təsdiqin MAQATE Baş Konfransının mühüm addımı olduğunu və Fələstin Dövlətinin tanınması üçün daha çox addımların atıla biləcəyini proqnozlaşdırıb. Şura qətnaməni dəstəkləyən bütün ölkələrə, xüsusilə Fələstin Dövləti adından tələbi təqdim edən Misirə təşəkkür edib.

MAQATE-də Misirin “Fələstin Dövləti” adını rəsmi olaraq qəbul edən, ona daha çox hüquq və səlahiyyət verən qətnamə layihəsi 92 ölkənin lehinə, 5 ölkənin əleyhinə, 21 ölkənin isə bitərəf qalması ilə MAQATE Baş Konfransında qəbul edilib. Bu səsvermə Agentliyin Vyanadakı mənzil-qərargahında 67-ci Müddətli Konfransın sessiyası zamanı baş tutub.

Siyasət rubrikasından digər xəbərlər