May ayında 195 min nəfərə pensiya və müavinət ödənilib

11:26 25.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin may ayında ailə başçısını itirməyə görə 195 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

 

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) hafta.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, onlardan 141 min nəfərdən çoxu pensiya, 53 min nəfərdən çoxu isə müavinət alıb.