Meksika WUF14-ə hazırlıq mərhələsinə başlayır

14:41 22.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günün ikinci yarısından etibarən Meksika WUF14-ə hazırlıq mərhələsinə başlayacaq.

Hafta.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun növbəti – 14-cü Sessiyasına (WUF14) ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında bildirib.

Səfir bildirib ki, Meksika nümayəndələri əldə etdikləri təcrübəni özləri ilə apararaq növbəti tədbirin də eyni səviyyədə uğurlu təşkili üçün fəaliyyətə başlayacaqlar.