Məscidül-Haramın üçüncü genişləndirilməsi layihəsi üzrə iş gedir

11:05 17.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanında yayımlanan Şarkul Avsat-da Məscidül-Haramla bağla səudiyyəli yazıçı və tədqiqatçı Bəndər bin Əbdürrəhman bin Muammarın təqdim etdiyi üçüncü genişləndirmə layihəsi haqqında məlumat dərc edilib.

Hafta.az-ın yazdığına görə, məlumat, genişləndirmə layihəsini nəzərdən keçirmək üçün 2008-ci ildə tapşırılan Səudiyyə Ərəbistanı Ali Təhsil Nazirliyinin kral əmrləri və sənədlərinə əsaslanır.

Kral Əbdüləziz tərəfindən qurulduğu gündən bəri Səudiyyə Ərəbistanı Məscidül-Haram və Məscidi Nəbəviyə ən böyük diqqət ayırıb və onlara xidmət etmək şərəfi onun əsas prioritetlərindən biri olub.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Məscidül-Haram və Məscidi Nəbəvi xidmətlərinə böyük əhəmiyyət verir.

Səudiyyə dövründə Məscidül-Həram və Məscidi Nəbəvinin genişləndirilməsinə başlanandan bəri bu layihələrə xüsusi diqqət yetirilib və digər layihələrdən fərqli iş mexanizmi həyata keçirilib.

Kral Abdullah bin Əbdüləzizin dövründə Məscidül-Həramın genişləndirilməsi zərurəti yarandıqda, şimaldakı məhəllələr (Şamiyə və ətrafı) müsadirə edildi və şimal meydanları genişləndirilməyə başladı.

Səudiyyə Bin Laden Qrupu genişləndirmə işləri üçün təklif olunan dizayn üzərində işləyib. Qrupla Şeyx Saleh Hüseynin rəhbərlik etdiyi Məscidül-Həram və Məscidi Nəbəvi İşləri Baş Rəhbərliyi arasında çoxsaylı görüşlər keçirilib.

Məscidül-Həram və Məscidi Nəbəvi İşləri Baş İdarəsi, ibadət edənlərin rahatlığı, xidmət yeniləmələri və yeniliklər kimi dəyişən tələbləri nəzərə alaraq təqdim edilən dizaynın cari və gələcək məlumat və inkişaflara uyğun olaraq ehtiyaclara tam cavab vermədiyini hesab edib.

Şeyx Saleh Hüseyn təklif edib ki, Məscidül-Haram və Məscidi Nəbəvi İşləri Baş İdarəsi və Bin Laden Qrupu tərəfindən hazırlanan ortaq hesabat araşdırılması və qiymətləndirilməsi üçün Səudiyyə Ərəbistanı universitetlərinin professorlarından ibarət ekspertlər qrupuna göstərilsin.

Kralın 27 avqust 2008-ci il tarixli sərəncamı ilə Ali Təhsil Nazirliyinə Bin Laden Qrupunun təklif etdiyi layihəni öyrənmək üçün ixtisaslı ekspertlərdən ibarət işçi qrupunun yaradılması tapşırılıb. Bundan sonar isə rekord müddətdə ölkə daxilində və xaricdən yüksək səriştələrə malik ekspert qrupları formalaşdırılıb.

Bu komandalar öz texniki qaydaları, inteqrasiya olunmuş komanda işi metodologiyası və vahid komanda ruhu ilə Məscidül-Haramın və onun ətrafının hazırkı vəziyyətini, həmçinin Bin Laden Qrupu tərəfindən təklif olunan dizaynı araşdırmağa çalışdılar. Üç ay ərzində müxtəlif mərhələlərdə inzibati, texniki və maddi-texniki təminat üzrə vəzifə və məsuliyyət daşıyan yüzlərlə insan işləyib.

Ali Təhsil Departamenti müstəqil beynəlxalq araşdırmanın həyata keçirilməsi üçün Haramül Məıscidin genişləndirilməsi üçün Bin Laden Qrupunun təklif etdiyi dizaynın qiymətləndirilməsini aparmaq üçün ABŞ-ın infrastruktur konsaltinq şirkəti AECOM ilə müqavilə bağlayıb.

28 noyabr 2008-ci il tarixində üç aylıq müddət başa çatdıqdan sonra, Ali Təhsil Nazirliyi, konsaltinq ofisləri və Səudiyyə universitetləri tərəfindən təqdim olunan memarlıq baxışları, dizayn ideyaları və gələcək baxışlara əlavə olaraq, cari vəziyyətlə bağlı araşdırmanın nəticələrini təhlil edib. Məscidül-Haramın vəziyyəti və Bin Laden Qrupu tərəfindən təklif edilən dizaynın qiymətləndirilməsinin nəticələrini Kral Abdullah bin Əbdüləzizə təqdim edib.

Bu arada, dünyanın aparıcı memarlıq liderlərindən yeni genişləndirmə təklifini dəstəkləyə biləcək ideyaları təşviqi üçün Məscidül-Haramı dizayn etmələri tələb olunub.

Kral Səud Universiteti tərəfindən təqdim edilən layihə genişləndirmə layihəsi üçün 2009-cu il fevralın 21-də Kral Abdulla və əlaqədar tədqiqat rəsmilərinə layihənin hərtərəfli memarlıq, şəhərsalma, bədii və texniki baxışları haqqında məlumat verildikdən sonra seçilib.

Kral Səud Universitetinin təqdim etdiyi əsas dizayn ideyasına əsaslanan dizaynın hazırlanması tapşırığı bir qrup professor-müəllim heyəti tərəfindən həyata keçirilib.

Digər təfərrüatlar mövzu ilə bağlı dərc olunacaq növbəti bölmədə müzakirə olunacaq.