Britaniyalı aktyor Culian Sends Kaliforniya dağlarında itkin düşüb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC məlumat yayıb.
Aktyorun yoxa çıxmazdan əvvəl San Gabriel dağlarında Baldy Bowl ərazisində gəzintiyə çıxdığı bildirilir.
San Bernardino qraflığının şerif departamentinin məlumatına görə, dağlar hazırda pis hava şəraitindədir, uçqun təhlükəsi var. Departamentin sözçüsü Qloriya Huertanın sözlərinə görə, Sands dağlara getdikdən və ertəsi gün geri qayıtmadıqdan sonra yanvarın 13-də həyat yoldaşı tərəfindən itkin düşdüyü barədə məlumat verib. Aktyorun avtomobili dağlıq ərazidə tapılıb. Onunla birlikdə daha bir itkin turist axtarırlar.
“Şərtlər çox təhlükəlidir. Hətta ən təcrübəli gəzintiçilərdən bəziləri orada problemlə üzləşirlər, ona görə də insanlara ərazidən uzaq durmağı tövsiyə edirik "deyib Huerta.