Yazını böyüt
Yazını kiçilt
SSRİ-nin tanınmış latviyalı aktyoru Arnis Litsitis vəfat edib.
Hafta.az xəbər verir ki, aktyor 76 yaşında dünyasını dəyişib. Bu haqda onun dostu, idman fotoqrafı Ziqizmunds Zalmanis feysbukda məlumat verib.
"Bizi görkəmli aktyor, əziz və xoş insan və nəhayət, mənim dostum Arnis Litsitis tərk etdi. Nəsə demək çətindir. O, indi başqa səhnədədir, digər kino aktyorları ilə görüşəcək" deyə, o, paylaşımında qeyd edib.
Qeyd edək ki, A.Litsitis 1946-cı il yanvarın 8-də Riqada anadan olub. 1965-ci ildə "İyirmi ildən sonra filmi" ilə debüt edib. 200-dən çox film və teleseriallarda rol alıb. 1996-cı ildən Riqa Rus Dram Teatrının səhnəsində çıxış edirdi. Latviya aktrisası İnqa Ayzbaltla ailəli olub.