Məşhur aktyora qarşı cinsi təcavüz iddiası açılıb

09:44 24.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkun ”Yaşayan Yetkinlər Qanunu” (Adult Survivors Act/ASA) 24 noyabr cümə günü başa çatmadan bir yığın məhkəmə iddiası qaldırılırkən, cinsi təcavüz iddiaları ilə qarşılaşan son ulduz Jamie Foxx olub.

Hafta.az-ın “The Independent”a istinadən yazdığına görə, yeni məhkəmə sənədlərində Jan Doe kimi xatırlanan iddiaçı qadının Foxxun (əsl adı Erik Marlon Bayşop) 2015-ci ilin avqustunda Nyu Yorkdakı “Catch” restoranının terasında ona hücum etdiyini bildirib.

İddiada həmçinin restoran, onun işçiləri və Catch Hospitality Group-un həmtəsisçisi Mark Birnbaum cavabdeh qismində göstərilir. İddiaçı münsiflər heyətinin mühakimə olunmasını, həmçinin dəymiş ziyana görə cəza və zərərin ödənilməsini istəyir.

İddiada deyilir ki, hadisənin baş verdiyi gecə qadın və bir dostu Foxx və Birnbaumun yanındakı masada əyləşib. İddiaçı deyir ki, o, 55 yaşlı Foxxdan selfi çəkməsini istəyib və Foxx razı olub.

Müraciətdə deyilir ki, Foxx daha sonra iddiaçıya "Vay, supermodel bədənə sahibsən" və "Çox gözəl qoxuyursan" deyərək komplimentlər söyləməyə başlayıb.

İddiaçı iddia edir ki, Foxx daha sonra onu terrasın tənha hissəsinə aparıb və orada ona cinsi təcavüz edib.

Ərizədə müttəhimlər arasında olan mühafizəçinin hadisəyə şahid olduğu, lakin müdaxilə etmədiyi bildirilir.

Bu hadisə nəticəsində sənədlərdə qadının “ağır mənəvi sıxıntı və narahatlıq, alçaldılma, biabırçılıq, travma sonrası stress pozğunluğu və digər fiziki və emosional zərər çəkdiyi” qeyd edilir.

İddiada bildirilir ki, Birnbaum və Catch NYC hücumu təmin edib və işçilərinə lazımi şəkildə nəzarət edə bilməyib.

Foxxa qarşı iddia, qeyri-münasib cinsi davranış iddiaları ilə bağlı işlərə dair məhdudiyyət müddətini müvəqqəti olaraq ləğv edən ASA vasitəsilə ictimai xadimə qarşı ən son iddiadır.

Oxunma sayı 195