Məşhur brend qalmaqala görə 25 milyon tələb edir

21:41 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur fransız markası "Balenciaga" brendi pedofiliyanı təbliğ etməkdə ittiham olunmasına gətirib çıxaran qalmaqallı reklamın çəkilişinə görə məsuliyyət daşıyan "North Six, Inc" şirkətini və dizayner Nicolas de Jardini məhkəməyə verir.

Hafta.az xəbər verir ki, brend reputasiyasına dəyən ziyana görə 25 milyon dollar təzminat tələb edir.

İddia olunub ki, sözügedən fotosessiya brendin xəbəri olmadan reklam kampaniyasına daxil edilib və nəticədə onlar uşaq pornoqrafiyasını yaymaqda ittiham olunublar.

Oxunma sayı 2866