Məşhur kino ulduzu yenidən pərəstişkarlarını sevindirəcək

09:29 13.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Alien" filmlər silsiləsindəki Ellen Ripli obrazı ilə tanınan aktrisa Siqurni Uiver franşizaya qayıtmağı müzakirə etmək üçün "Disney" şirkəti ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə "Entertainment Weekly" məlumat yayıb.

Uiver qeyd edib ki, "Alien 3" filminin ssenarisini çox bəyənib. Onun sözlərinə görə, yeni ssenari sadəcə "ventilyasiya şaxtalarında qaçmaq" deyil, Riplinin gücü, hiddəti və yumoru haqqında bir hekayədir:

"Son layihə istisna olmaqla, mən heç vaxt bu rola qayıtmağa ehtiyac hiss etməmişdim. Həmişə fikirləşirdim ki, imkan verin bu obraz bir az dincəlsin! Buraxın özünə gəlsin! Lakin son ssenari ilk növbədə mənə çox həqiqətli göründü. Bu, əsasən, bəşəriyyətə kömək etməyə çalışan, amma onlar üçün problem yaradan bir insanı həbsxanaya atmağa hazır olan bir cəmiyyətdən bəhs edir".