Məşhur model qanunsuz narkotik istifadə etməkdə şübhəli bilinir

15:15 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Keyt Moss WSJ jurnalının 2022-ci il İnnovator Mükafatları mərasimindəki uğursuz çıxışından sonra pərəstişkarlarının narahatlığına səbəb olub.

48 yaşlı supermodel "İlin innovatoru" heykəlciyini Saint Laurent moda evinin kreativ direktoru Entoni Vakkaelloya təqdim edib. Çıxışı zamanı Kate Moss əsəbi olub, bir neçə dəfə kəkələyib.

“Axşamınız xeyir xanımlar və cənablar... Entoni ilə mən uzun illərdir ki, birlikdə işləyirik” deyə model sözə başlayıb, sonra dayanıb telefonuna baxıb. “O, Saint Laurent-də işləməyə başlayandan onun moda haqqında çox şey bildiyini başa düşdüm. Onun dostu və Saint Laurent ailəsinin bir hissəsi olmaqdan şərəf duyuram. Buna görə də Entoni Vakkaelloya mükafat təqdim etmək mənim üçün böyük şərəfdir...” Kate mükafatın adını deyə bilməyib.

Sosial şəbəkə istifadəçiləri Keyt Mossun qəribə davranışı və danışmasından narahat olduqlarını bildirərək, supermodelin köhnə vərdişlərinə qayıtdığını irəli sürüblər.

Sosial şəbəkələrdə istifadəçilər “O, açıq-aydın narkotik qəbul edir”, “Əminəm ki, narkotikdən istifadə edir”, “Deyəsən, Diet Coke onun təmsil etdiyi yeganə kola deyil...” yazıb.

90-cı illərdə Kate Moss narkotik asılılığından əziyyət çəkirdi və moda dairələrində onu "kokain Keyt" adlandırırdılar. İllər sonra supermodel qeyri-qanuni dərmanlardan qurtulduğunu və sağlam həyat tərzi sürməyə başladığını açıqlayıb.

Oxunma sayı 1942