"Buradan Gedəlim", "Sokak kızı" və "Erkekler de Yansın" kimi mahnıları ilə tanınan Nazan Öncəl xəstəxanaya aparılıb.
Hafta.az-ın yazdığına görə, sosial media hesabından aktiv istifadə edən 67 yaşlı məşhur müğənni xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Xəstə yatağında çəkdirdiyi fotonu izləyiciləri ilə paylaşan Öncəl, “Siqaret çəkmək düşmənlə sevişmək kimidir. İstidən danışanda təzyiqi 22 olub. Qəfil huşunu itirmə... Biz xəstəxanaya getdik, serum terapiyası və sair. Siqaretlə vidalaşdıq” deyib. Təbii ki, məşhur müğənniyə də izləyicilərindən “Tezliklə sağal” mesajları gəlib.
Digər tərəfdən, ötən aylar Bostanlı və Yalı məhəllələri arasındakı küçəyə Nazan Öncəlin adı verilib.
Nazan Öncəl İnstaqram hesabında paylaşım edərək, “Bu işarələnmiş yerin adı indi Nazan Öncəl caddəsi, vədinə əməl edən başqanın adı isə Cəmil Tuqaydır. Sentyabrda gəl, lenti kəsəcəyik” yazıb.