Metyu Perri “Warner Brothers” studiyasının yaxınlığında dəfn edildi

21:17 04.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-li aktyor və “Dostlar” serialının ulduzu Metyu Perri Los-Ancelesdəki “Forest Lawn” qəbiristanlığında dəfn edilib.

Məlumata görə, vida mərasimində aktyorun yaxınları ilə yanaşı, serialdakı 5 həmkarı - Cennifer Aniston, Liza Kudrou, Devid Şvimmer, Kortni Koks və Mett LeBlan iştirak ediblər. Ümumilikdə dəfn mərasimində 20-yə yaxın adam olub.

Qeyd olunub ki, qəbiristanlıq sitkomun çəkildiyi “Warner Brothers” studiyasından bir mil aralıda yerləşir. Maykl Cekson, Elizabet Teylor və Lüsil Boll da daxil olmaqla bir çox Hollivud məşhurları orada dəfn olunublar.

Metyu Perri oktyabrın 28-də 54 yaşında Los-Ancelesdəki evində vəfat edib.

Oxunma sayı 158