MHP sədri Dövlət Baxçalı İraq türkmənlərinin lideri ilə görüşüb

17:55 04.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Millətçi Hərəkat Partyasının (MHP) sədri Dövlət Bağçalı Ankarada İraq türkmənlərinin lideri, Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya ilə bir araya gəlib.

Hafta.az-ın yazdığına görə, partiyanın Türkiyədəki nümayəndəsi Nejdət Bozokun da iştirak etdiyi görüşün əsas mövzusu İraqda yaşanan son hadisələr və türkmənlərin mövcud durumu olub. MHP sədri Dövlət Bağçalı İraq türklərinin türk dünyasının bir parçası olduğunu, onların öz tarixi torpaqlarında varlığı, öz milli kimlərinin təsbiti üçün apardıqları mübarizələrin həmişə diqqətdə saxlanıldığını bildirib.

Türkməneli Partiyasının lideri Riyaz Sarıkahya Dövlət Bağçalının türk dünyasının birlik və inkişafı üçün göstərdiyi böyük xidmətlərindən, Türk Birliyi yolundakı yorulmaz fəaliyyətindən, həssaslığından danışb və minnətdarlığını bildirib.

Riyaz Sarıkahya MHP sədrinə göstərdiyi qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edib.

Siyasət rubrikasından digər xəbərlər