Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

16:35 01.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə hafta.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, parlamentin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.