Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlandı

16:31 27.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

Hafta.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası oktyabrın 2-də keçiriləcək.

Oxunma sayı 49
Siyasət rubrikasından digər xəbərlər