Milli Məclisin sədri Mərakeşdə səfərdədir

12:10 14.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfərə gəlib.

Bu barədə hafta.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Rabat Beynəlxalq Hava Limanında nümayəndə heyətini Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər müddətində keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.