Yazını böyüt
Yazını kiçilt
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.
Hafta.az xəbər verir ki, millimizin rəqibi Ukrayna yığması olub.
Qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da yığmamız 2-ci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, yığmamız ilk dəfə 2022-ci ildə Avropa çempionu olub. Həmin yarış da Slovakiyada keçirilmişdi.