"Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər"

23:10 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident Vladimir Putin bildirib ki, Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

Rusiya liderinin sözlərinə görə, Moskva Ukrayna ilə sülh yolu ilə və Rusiya-Amerika danışıqları zamanı Ankoricdə müzakirə olunan kompromislər əsasında razılığa gəlməyə hazırdır və bunu istəyir.

Putin qeyd edib ki, Rusiya həmin danışıqlarda müzakirə olunan kompromislərə razıdır.

“İndi lazımdır ki, bu kompromislərlə Ukrayna tərəfi də razılaşsın. Bu halda münaqişə tezliklə öz təbii sonluğuna çatacaq”, - deyə Rusiya lideri vurğulayıb.