"Qəbələ" kapitanla vidalaşıb

18:00 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qəbələ”nin kapitanı Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.  

Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.  M.Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb, 4 qol vurub. 

O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub. 

Klub Murad Musayevə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, buna qədər Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da vidalaşıb.