Dünya çempionu olan qapıçı artıq “Zirə”də

11:58 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov “Zirə”yə keçib.

Hafta.az xəbər verir ki, bu barədə təcrübəli qapıçı özü məlumat verib.

O, “qartallar”la 1 illik müqavilə imzaladığını bildirib.

Vəli Qafarov son olaraq “Birbaşa”da çıxış edib. O, Azərbaycan yığması ilə dünya və Avropa çempionu olub.