İcra Hakimiyyətində YENİ TƏYİNAT

12:55 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub.

Hafta.az xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müvafiq əmrinə əsasən, bu vəzifəyə Seyidov Yusif Mirabbas oğlu təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Y.Seyidov Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.