Cəlilabadda qəza, yaralılar var

13:17 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "Toyota Prado" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.