Mədəniyyət Nazirliyinin təqdimatında, ICESCO və Real Təhlil İnformasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azernyumedia” şirkətində istehsal olunan “Cənnətin iqamətgahı” filminin treyleri hazırdır.
Hafta.az xəbər verir ki, ekran əsərinin xronometrajı 45 dəqiqədir.
Sənədli-musiqili-etnoqrafik film “Azərbaycan Mədəniyyəti-2040” konsepsiyası çərçivəsində istehsal olunan ilk ekran işidir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Kamran Qasımov, təsvir rejissoru Arif Zeynalov, bəstəkarı Siyavuş Kərimi, məsləhətçiləri Mir Şahin Ağayev və Cəmil Quliyevdir. Eləcə də filmin montaj rejissoru Elçin Şükür, səs supervayzerləri Samir Əsədov və Uğur Səfərov, bayatıların ifaçısı İlahə Murad və maliyyə direktoru Sevinc Xəlilovadır.
Filmin treylerini bu linkə keçid edərək izləyə bilərsiniz.