İlqar Əkbərov dünyasını dəyişdi

21:29 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Muğam Mərkəzinin quruluşçu rejissoru İlqar Aydın oğlu Əkbərov vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə Muğam Mərkəzi məlumat yayıb. 

İlqar Əkbərov 20 iyun 1973-cü ildə Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini və Bakı Musiqi Akademiyasını tar ixtisası üzrə bitirib.

1994-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində musiqi tərtibatçısı kimi işə başlayıb.

2021-ci ildən Beynəlxalq Muğam Mərkəzində quruluşçu rejissor kimi fəaliyyət göstərirdi.