Yazını böyüt
Yazını kiçilt
"Bakı Metropoliteni" QSC stansiya və tunellərdə havalandırma sisteminin yenilənməsi istiqamətində işləri davam etdirir. Bu çərçivədə metro infrastrukturunda 6 ədəd müasir ventilyator quraşdırılıb.
Hafta.az xəbər verir ki, yeni nəsil ventilyatorlar Bakı metropoliteninin geoloji xüsusiyyətləri və mikroiqlim şəraiti nəzərə alınmaqla hazırlanıb.
Məlumata görə, yeni avadanlıqlar stansiya və tunellərdə temperaturun aşağı salınmasına kömək edir, əvvəlki sistemlə müqayisədə 2-3 dəfə daha çox təmiz havanın dövriyyəsini təmin edir. Bundan başqa, ventilyatorlar dispetçer məntəqəsindən mərkəzləşdirilmiş qaydada idarə olunur və elektrik enerjisindən daha səmərəli istifadə edilməsinə imkan yaradır.