Yazını böyüt
Yazını kiçilt
"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Hafta.az xəbər verir ki, bölgə təmsilçisi İranın 21 yaşlılardan ibarət yığma komandası ilə üz-üzə gəlib.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Turan Tovuz"un yeganə qoluna Sadiq Şəfiyev imza atıb.
Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində komandanın 4 yoxlama görüşünə çıxması nəzərdə tutulub.