Yazını böyüt
Yazını kiçilt
Neftçala şəhərində yerləşən mozaikalı park rayonun maraqlı məkanlarından biri hesab olunur.
Hafta.az xəbər verir ki, parkın divarlarını bəzəyən mozaika kompozisiyalarında balıqçılıq, neft sənayesi, zəhmətkeş insanlar və milli motivlər təsvir edilib.
Hazırda park baxımsız vəziyyətdə olsa da burada yerləşən mozaikalar öz tarixi və bədii əhəmiyyətini qoruyub saxlayır.
Sovet dövrünün monumental dekorativ sənət nümunələri sayılan bu əsərlər şəhərin keçmişini və bölgənin özünəməxsus xüsusiyyətlərini əks etdirir.
Park bu gün də fotoqrafların, tarix və memarlıq həvəskarlarının diqqətini cəlb edən məkanlardan biridir. photostock.az-ın Neftçala şəhərində yerləşən mozaikalı parkdan fotoreportajı təqdim edirik:




