Bu şəxs evlərdən və şadlıq sarayından oğurluq edib

11:27 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonu ərazisində yerləşən evlərdən oğurluqlar edilib. Naməlum şəxs 4 fərdi yaşayış evi və 1 şadlıq sarayından ümumi dəyəri 13 min manatdan artıq olan qızıl-zinət əşyaları və məişət avadanlıqlarını talayıb.

Hafta.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı Çingiz İbrahimovu saxlayıblar. Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ç.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.