Aqrar sektorda müasir texnologiyaların tətbiqi genişləndiriləcək

15:53 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların (ağıllı texnologiyalar, müasir suvarma sistemləri, intensiv bağçılıq, intensiv ferma modelləri və s.) tətbiqi genişləndiriləcək.

Hafta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilsə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”da yer alıb.

Planın icrası Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb. Digər icraçılar isə İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarıdır.

Tədbirlərdə ilkin olaraq aqrar sektorda tətbiq olunacaq müasir texnologiyaların tələbinə uyğun kadr potensialının hazırlanması məqsədilə təlimlərin təşkili, bacarıqların artırılması sahəsində digər tədbirlərin görülməsi nəzərdə tutulur.

Yekunda isə aqrar sektorda əmək məhsuldarlığı göstəricisinin artırılması hədəflənir.