Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın Pavlodar vilayətində kanalizasiya quyusunda altı nəfər, o cümlədən bir azyaşlı ölüb.
Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Bildirilib ki, faciə elektrik nasosunun təmiri zamanı işçilərin yığılmış qazdan zəhərlənməsi nəticəsində baş verib.
Digər zərərçəkən orta dərəcəli karbon qazı zəhərlənməsi ilə Aktoqay rayonundakı xəstəxanaya çatdırılıb. Pavlodar Vilayət Polis İdarəsi hadisəni təsdiqləyib, cinayət işinin açıldığını və istintaqın başlandığını açıqlayıb.