Yazını böyüt
Yazını kiçilt
Almaniya Azərbaycana yeni səfir təyin edib.
Hafta.az xəbər verir ki, bu haqda Almaniya Federal Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.
Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasına başlayacaq.
Qeyd edək ki, Almaniyanın Azərbaycandakı əvvəlki səfiri Ralf Horlemann diplomatik fəaliyyət müddətini başa vurub.