Hava zərbələrindən sonra İranın cənubunda partlayışlar baş verib

08:24 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin İran ərazisinə endirdiyi hava zərbələrindən sonra ölkənin cənubunda bir sıra partlayışlar baş verib.

Hafta.az xəbər verir ki, İranın dövlət televiziyası IRIB-in məlumatına görə, Hörmüz boğazı sahilində yerləşən Bəndər Abbas şəhərində güclü partlayışlar qeydə alınıb.

“Mehr” xəbər agentliyinin yaydığı məlumata əsasən, İranın hava hücumundan müdafiə sistemləri Körfəz sahilində yerləşən Buşehr Atom Elektrik Stansiyası ərazisində işə düşüb. Həmçinin Qeşm adasında da partlayışların baş verdiyi bildirilib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı daha əvvəl Hörmüz boğazında ticarət gəmiçiliyinə qarşı istifadə edildiyi bildirilən İranın hərbi imkanlarını zəiflətmək məqsədilə yeni zərbələrə başlandığını açıqlamışdı.