Sabah pensiyaların ödənişi yekunlaşdırılacaq

10:51 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 22-də respublika üzrə iyul ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Hafta.az-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.