Dünya çempionatının rəmzi komandası açıqlandı

10:56 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın nüfuzlu idman nəşri “ESPN” 2026-cı il futbol üzrə dünya çempionatının rəmzi komandasını təqdim edib.

Hafta.az xəbər verir ki, simvolik heyətə qapıçı kimi Kabo-Verde millisinin üzvü Vozinya daxil edilib. Müdafiə xəttində İspaniya yığmasının futbolçuları Mark Kukurelya, Emerik Laport və Pau Kubarsi, eləcə də İngiltərə millisinin oyunçusu Ced Spens yer alıblar.

Yarımmüdafiədə Mərakeş millisindən Ayyub Buaddi, İspaniya yığmasının aparıcı futbolçusu Rodri və İngiltərə millisinin üzvü Cud Bellingemə yer verilib.

Hücum xəttində isə Argentina millisinin kapitanı Lionel Messi, Fransa yığmasının hücumçusu Kilian Mbappe və Norveçin aparıcı üzvü Erlinq Holann seçiliblər.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının final görüşündə İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.