Yazını böyüt
Yazını kiçilt
“İmişli” fiziki hazırlıq üzrə məşqçi Elmir Cəbrayılov ilə əməkdaşlığa başlayıb.
Hafta.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis daha əvvəl “Şəfa” FK-da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib. Bölgə təmsilçisi açıqlamasında bildirib:
"Klub olaraq inanırıq ki, Elmir Cəbrayılovun peşəkarlığı, zəngin təcrübəsi və iş prinsipləri komandamızın inkişafına, futbolçuların fiziki hazırlığının daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək".