Yazını böyüt
Yazını kiçilt
Misirin “Aldiplomasy” informasiya portalı Qubadlı məscidinin Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilməsi haqqında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin özünün “Twitter” hesabında açıqlamasını və videomaterialı yayıb.
AZƏRTAC-a istinadla yayılan xəbərdə qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.