Yazını böyüt
Yazını kiçilt
“Miss World 2023” gözəllik müsabiqəsi BƏƏ-də keçiriləcək. Bu barədə “Miss World Limited”in sədri Culiya Morli İnstaqram səhifəsində məlumat verib. "71-ci "Miss World" festivalının Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini bildirməkdən məmnunam" deyib.
Onun sözlərinə görə, təşkilat hələlik tədbirin tarixi və konkret yeri də daxil olmaqla, daha ətraflı məlumat verə bilmir.
Sonuncu dəfə müsabiqə 2021-ci ildə keçirilib, müsabiqənin qalibi Karolina Belyavskaya olub.
Müsabiqədə iştirak etmək istəyən iştirakçılar 17-27 yaş arası subay, uşaqsız olmalıdırlar.