Yazını böyüt
Yazını kiçilt
Moskvada şəhər polikliniklarının tərkibində koronavirusdan peyvəndləmə mərkəzləri fəaliyyətə başlayıb.
Hafta.az-ın məlumatın görə, hələlik 70 mərkəz açılıb. İlin sonunadək peyvəndləmə mərkəzlərinin 170-ə çatdırılması planlaşdırılır.
Peyvənd əldə etmək üçün iki həftə əvvəldən müraciət etmək mümkündür.
Qeyd olunur ki, ilkin mərhələdə risk qrupuna daxil olan şəxslər, tədris və səhiyyə işçiləri peyvəndlənəcək.